Bank Of Baku

Cozep Borrel İrandan Rusiyaya köməyi dayandırmağı tələb edib

Cozep Borrel İrandan Rusiyaya köməyi dayandırmağı tələb edib
# 19 fevral 2023 21:45 (UTC +04:00)

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel və İranın xarici işlər nazir Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Aİ-nin Ali Nümayəndəsi "Twitter" hesabında bildirib.

"Mən İranın hərəkətləri ilə bağlı Aİ-nin mövqeyini bir daha diqqətə çatdırdım: insan haqlarının pozulmasını dayandırın, Rusiyanın təcavüzkar müharibəsinə dəstəyinizi dayandırın və Aİ ölkələri vətəndaşlarının qeyri-qanuni saxlanılmasını dayandırın", - Borrel vurğulayıb.

Aİ rəsmisi telefon danışığı zamanı İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığının vacibliyini də qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR