Bank Of Baku

Danimarka Almaniya ilə birlikdə Ukraynaya 80 ədəd "Leopard 1" tankını təhvil verəcək

Danimarka Almaniya ilə birlikdə Ukraynaya 80 ədəd "Leopard 1" tankını təhvil verəcək
# 05 may 2023 16:47 (UTC +04:00)

Danimarka Almaniya ilə birlikdə iyunun 1-dək Ukraynaya 80 ədəd "Leopard 1" tankını təhvil verəcək.

APA xəbər verir ki, bunu Danimarkanın müdafiə naziri Troels Lund Poulsen TV2 telekanalına açıqlamasında deyib.

Nazir Ukraynaya ediləcək gələcək hərbi tədarükün həcminin çox böyük olacağını qeyd edib. Ukraynalı hərbçilərə "Leopard 1" tanklarının idarə edilməsi ilə bağlı təlimlərin danimarkalı instruktorlar tərəfindən keçiləcəyi bildirilib.

Məlumata görə, Danimarka hökuməti ukraynalı hərbçilərə təlimlərin keçilməsi və tankların çatdırılması üçün 1 milyard kron (1,5% milyard dollar) ayırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR