Danimarka hökuməti Ukraynaya hərbi yardım çərçivəsində əlavə 45 tank göndərəcək.
APA xəbər verir ki, bu barədə Danimarkanın “Ritzaus Bureau” xəbər agentliyi məlumat yayıb.
Agentlik Krallığın müdafiə naziri Troels Lund Poulsenə istinadən bildirib ki, 30 ədəd “Leopard 1” və 15 ədəd T-72 tankları olmaqla ümumilikdə 45 texnika göndəriləcək.