Bank Of Baku

Danimarka Ukraynaya ən böyük yardım paketini təqdim edib

Danimarka Ukraynaya ən böyük yardım paketini təqdim edib
# 03 may 2023 02:18 (UTC +04:00)

Danimarka Ukraynaya 1,7 milyard kuron dəyərində bu günə qədərki ən böyük yardım paketini göndərib. Buraya Ukraynanın yaxın aylarda hücuma başlamaq qabiliyyətini gücləndirmək məqsədi daşıyan avtomobillər, avadanlıqlar, hava hücumundan müdafiə vasitələri və döyüş sursatları daxil idi.

APA-nın xəbərinə görə, bu barədə Danimarka Müdafiə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir. Qeyd olunur ki, bu avadanlıq Ukrayna tərəfindən sifariş edilib.

“Hədiyyə paketindəki materiallar cəbhə xəttində Ukrayna tankları və zirehli piyadaları üçün yol açmaq üçün vacibdir. Eyni zamanda, biz mərkəzi imkanları saxlamaq üçün səyləri gücləndiririk”, - deyə nazirlikdən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR