Bank Of Baku

Danimarka XİN başçısı bu gün Gürcüstana səfər edəcək

Danimarka XİN başçısı bu gün Gürcüstana səfər edəcək
# 30 mart 2022 11:20 (UTC +04:00)

Danimarkanın xarici işlər naziri Jeppe Kofod martın 30-da Gürcüstana səfər edəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, XİN başçısı Tbilisiyə səfəri çərçivəsində Gürcüstanın hökumət nümayəndələri, o cümlədən Baş nazir İrakli Qaribaşvili, baş nazirin müavini, xarici işlər naziri Davit Zalkaliani, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşəcək.

Tərəflərin Gürcüstan-Danimarka ikitərəfli əlaqələrinə, eləcə də regionda və dünyada mühüm məsələlərə dair müzakirə aparacağı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR