Dendias: Ermənistan-Yunanıstan-Fransa-Hindistan dördtərəfli əməkdaşlığı mümkündür

Dendias: Ermənistan-Yunanıstan-Fransa-Hindistan dördtərəfli əməkdaşlığı mümkündür
# 04 mart 2024 16:59 (UTC +04:00)

Ermənistan, Yunanıstan, Fransa və Hindistan arasında dördtərəfli əməkdaşlıq mümkündür.

APA xəbər verir ki, bunu İrəvanda rəsmi səfərdə olan Yunanıstanın milli müdafiə naziri Nikos Dendias erməni həmkarı Suren Papikyanla görüşdən sonra keçirilən mətbuat konfransı zamanı bildirib.

Nazir qeyd edib ki, Ermənistan, Yunanıstan və Kipr arasında uğurlu üçtərəfli hərbi əməkdaşlıq yaradılıb:

“Ermənistan və Yunanıstanın çox nüfuzlu ortaq dostları ilə - Fransa və Hindistanla üçtərəfli və ya dördtərəfli əməkdaşlıqlar ola bilər”, - deyə nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR