Bank Of Baku

Dmitri Kuleba Avropa və ABŞ-a səfər edəcək

Dmitri Kuleba Avropa və ABŞ-a səfər edəcək
# 20 fevral 2023 17:03 (UTC +04:00)

Ukrayna xarici işlər naziri Dmitri Kuleba Avropa və ABŞ-a səfər edəcək.

APA xəbər verir ki, Ukrayna XİN başçısı bu barədə "Facebook" hesabında məlumat verib.

Onun sözlərinə görə, Brüsseldə Aİ-nin Ali Nümayəndəsi və NATO Baş katibi ilə görüş üçün sabah Brüsselə səfər edəcək.

"Brüssel: Ukrayna-Aİ-NATO-nun hərbi yardım səylərini, təlimləri koordinasiya etmək, müdafiə sənayesində fəaliyyəti artırmaq üçün ilk üçtərəfli görüşdə iştirak edəcəyəm. Haaqa: silahlar, hüquqi məsuliyyət, Ukraynanın Aİ-yə üzvlüyü və tammiqyaslı işğal ili ilə bağlı tədbirlərdə iştirakla bağlı müzakirələrə qatılacağam. Nyu York: Baş Assambleya, Təhlükəsizlik Şurasında müzakirələr. Ukraynanı dəstəkləyən koalisiyadan, Zelenskinin Sülh Formulasından və digər mühüm qərarlardan bəhs edəcək iclaslarda iştirak edəcəm".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR