Bank Of Baku

Dünya liderləri Ukrayna ətrafında vəziyyətlə bağlı çağırış edib

Dünya liderləri Ukrayna ətrafında vəziyyətlə bağlı çağırış edib
# 19 fevral 2022 02:07 (UTC +04:00)

Avropa İttifaqı, NATO və ABŞ liderləri cümə günü axşam saatlarında telefon danışığı keçiriblər və onlar Ukrayna ətrafında vəziyyətin dərhal deeskalasiyasına çağırış ediblər.

APA TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bəyan edib.

“Amerika və transatlantik liderlərlə telefon danışığında Rusiya və Ukrayna ətrafında baş verən son hadisələr müzakirə olunub. Onlar gərginliyin dərhal azaldılmasını çağırıblar. Avropa İttifaqı diplomatiyaya sadiqdir və Ukraynanı dəstəkləmək üçün birləşib”, - deyə Mişel “Twitter” hesabında yazıb.

Eyni zamanda söhbət barədə NATO-nun baş katibi Yens Stoltenberq məlumat verib.

“Ukraynada və onun ətrafında davam edən təhlükəsizlik böhranı ilə bağlı Co Bayden və transatlantik liderlərlə telefon danışığı baş tutub. Biz diplomatik səylərimizi davam etdiririk və Rusiyanın növbəti təcavüzününü ona baha başa gələcəyi qənaətindəyik”, - deyə alyansın baş katibi “Twitter” hesabında yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR