Bank Of Baku

Dünyada koronavirusa yoluxma sayı 170 milyonu ötüb

Dünyada koronavirusa yoluxma sayı 170 milyonu ötüb
# 02 iyun 2021 04:18 (UTC +04:00)

Dünyada son sutka ərzində 352 685 nəfər koronavirusa yoluxub, 8 055 nəfər ölüb. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib. 

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 170 426 245 yoluxma hadisəsi, 3 548 628 ölüm faktı qeydə alınıb. 

Son 24 saat ərzində yoluxmanın 41 faizdən çoxu Cənub-Şərqi Asiyanın (145 075) payına düşür. 

Digər yerləri isə Şimali və Cənubi Amerika (114 062) ilə Avropa (38 220) bölüşür.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR