Dünyada son sutkada koronavirusa 469 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada koronavirusa 469 mindən çox yoluxma qeydə alınıb
# 31 may 2021 04:20 (UTC +04:00)

Dünyada son sutka ərzində 469 996 nəfər koronavirusa yoluxub, 11 311 nəfər ölüb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.
Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 169 597 415 yoluxma hadisəsi, 3 530 582 ölüm faktı qeydə alınıb.
Son 24 saat ərzində yoluxmanın 39 faizdən çoxu Cənub-Şərqi Asiyanın (186 214) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (177 544) ilə Avropa (51 133) bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR