“Donetsk Xalq Respublikası”nın (DXR) “rəhbəri” Denis Puşilin Ukraynada 15 il müddətinə qiyabi həbsə məhkum edilib.
APA xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Baş Prokurorluq tərəfindən yayılan məlumata əsasən, Puşilin əməkdaşlıqda və Ukraynanın ərazi bütövlüyünə qəsddə ittiham olunur.
Qeyd olunub ki, əmlakı müsadirə olunmaqla Puşilinə ən maksimum cəza - 15 il müddətinə həbs cəzası verilməsi ilə bağlı iddia irəli sürülüb.
Xatırladaq ki, bir müddət əvvəl Odessa məhkəməsi Xerson vilayətinin qubernatoru Vladimir Saldonu əmlakı müsadirə olunmaqla qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edib.