Bank Of Baku

Əfqanıstanda ABŞ hərbçilərinin olduğu texnika partladılıb, ölənlər və yaralananlar var

Əfqanıstanda ABŞ hərbçilərinin olduğu texnika partladılıb, ölənlər və yaralananlar var
# 08 aprel 2019 23:41 (UTC +04:00)

Əfqanıstanda baş vermiş partlayışda 4 amerikalı ölüb, daha üçü yaralanıb.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Qətiyyətli Dəstək” missiyasının qərargahı açıqlama yayıb.

“Aprelin 8-də Baqramdakı ABŞ hərbi bazası yaxınlığında baş vermiş partlayışda üç amerikalı hərbi qulluqçu və bir müqaviləli işçi öldürülüb, üç hərbi qulluqçu isə ağır yaralanıb”, - məlumatda belə deyilir.

Pentaqondan verilən açıqlamaya görə, ölənlərin adları yaxınlarına məlumat verildikdən sonra elan ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR