Bank Of Baku

Emmanuel Makron Əlcəzairə səfər edəcək

Emmanuel Makron Əlcəzairə səfər edəcək
# 20 avqust 2022 21:57 (UTC +04:00)

Fransa prezidenti Emmanuel Makron gələn həftə Əlcəzairə səfər etməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə şənbə günü Yelisey sarayından bildirilib.

Makron, Əlcəzair Prezidenti Əbdülməcid Tebbunun dəvəti ilə bu ölkəyə səfər edir.

Bu, Makronun Parislə sıx işgüzar əlaqələri olan Şimali Afrika ölkəsinə ikinci rəsmi səfəri olacaq.

Böyük təbii qaz ehtiyatları malik Əlcəzair son vaxtlar Rusiyanın qaz idxalını azlatdığı bir vaxtda Avropa İttifaqının da diqqət mərkəzinə çevrilib.

Xatırladaq ki, Fransa ilə Əlcəzair arasında münasibətlər Emmanuel Makronun Əlcəzair millətinin varlığına şübhə ilə yanaşan açıqlamalarından sonra pisləşmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR