Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın baş naziri Kiryakos Miçotakis keçirdikləri görüş zamanı Türkiyə-Yunanıstan münasibətlərində mövcud müsbət ab-havanın mövcudluğunu və bunu davam etdirmək əzmində olduqlarını təsdiqləyiblər.
APA xəbər verir ki, liderlər miqrasiya məsələsində birlikdə işləmək barədə razılığa gəliblər.
***
19.09
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiryakos Miçotakislə görüşüb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Görüş Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyası çərçivəsində Nyu-Yorkda yerləşən “Türk Evi”ndə baş tutub.