Bank Of Baku

Ərdoğan PKK-nın fəaliyyəti ilə bağlı İsveçin kifayət qədər addım atmadığını deyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 04 noyabr 2023 16:11 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın fəaliyyəti ilə bağlı İsveçin kifayət qədər addım atmadığını deyib.

APA "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti jurnalistlərə açıqlamasında bildirib.

“Təəssüf ki, PKK terrorçularının İsveçdəki fəaliyyəti ilə bağlı indiyədək heç bir tədbir görülməyib. Amma biz mümkün qədər işi (İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası üzrə) asanlaşdırmağa çalışacağıq. Həmkarlarımız bizə müsbət yanaşdıqca, bu nöqtədə bacardığımız qədər müsbət səylər göstərməyə çalışacağıq", - İsveçin NATO-ya üzvlüyü və Türkiyənin gözləntilərinin yerinə yetirilib-yetirilməməsi ilə bağlı sualı cavablandıran Ərdoğan deyib.

Türkiyə Prezidenti qeyd edib ki, bu məsələni İsveç Baş naziri Ulf Kristerssonla da müzakirə edib.

O əlavə edib ki, İsveçin NATO-ya üzvlük məsələsinin ratifikasiyası indi Türkiyə parlamentinin işidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR