Bank Of Baku

Ərdoğan: “Putin olimpiadadan sonra Türkiyəyə səfər edəcəyinə dair bizi məlumatlandırıb”

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 03 fevral 2022 11:29 (UTC +04:00)

Bu gün Ukrayna dövlət başçısı Vladimir Zelenski ilə görüşəcəyəm.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfərdən öncə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ərdoğan bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Çində keçirilən Qış Olimpiya Oyunlarından sonra Türkiyəyə səfər edəcəyinə dair onları məlumatlandırıb.

Türkiyə dövlət başçısı vurğulayıb ki, Ukrayna və Rusiya dövlət başçıları ilə görüş keçirmədən tərəflər arasında dialoqla bağlı hansı addımların atılacağına dair hər hansı söz demək çətindir.

O, Türkiyənin müharibə tərəfdarı olmadığını bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR