Bank Of Baku

Ərdoğan Rusiya-Ukrayna müharibəsinin dünyada təhlükəsizlik konseptini kökündən dəyişdiyini deyib

Ərdoğan Rusiya-Ukrayna müharibəsinin dünyada təhlükəsizlik konseptini kökündən dəyişdiyini deyib
# 10 yanvar 2024 16:51 (UTC +04:00)

Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra dünyada təhlükəsizlik konseptləri kökündən dəyişib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Milli Kəşfiyyat Təşkilatının qurulmasının 97-ci ildönümü münasibəti ilə keçirilən mərasimdə çıxışı zamanı bildirib.

O qeyd edib ki, dünya ölkələri artıq silahlanma yarışına girərək təhlükəsizlik struktur və qurumlarına geniş səlahiyyətlər verir.

Ərdoğan onu da əlavə edib ki, Türkiyə 2023-cü ildə müdafiə sənayesi sahəsində 5,5 milyard dollarlıq ixracata imza atıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR