Bank Of Baku

Ərdoğan: Seçkilərin əmin-amanlıq içində keçməsi Türkiyənin demokratik yetkinliyinin göstəricisidir

Ərdoğan: Seçkilərin əmin-amanlıq içində keçməsi Türkiyənin demokratik yetkinliyinin göstəricisidir
# 14 may 2023 23:18 (UTC +04:00)

14 May seçkilərinin böyük bir demokratiya ziyafəti şəklində sülh və əmin-amanlıq içində keçməsi Türkiyəmizin demokratik yetkinliyinin göstəricisidir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Twitter”dəki paylaşımında deyilir.

Ölkə başçısı qeyd edib ki, səslərin sayılması prosesi davam etdiyi halda, nəticələrin tələsik elan olunmasına cəhd milli iradənin qəsb edilməsi deməkdir.

“Xalqımızın rəğbətinin səslərin sayılmasında öz əksini tapmasına sevinirik. Bütün dost və həmkarlarımdan, nə olursa olsun, nəticələr rəsmən yekunlaşana qədər seçki qutularından ayrılmamaqlarını xahiş edirəm. Demokratiya naminə səs verən, seçki işində iştirak edən bütün vətəndaşlarımı təbrik edir, onların hər birinə öz təşəkkürümü bildirirəm” , - deyə Ərdoğan vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR