“Türkiyə qanlı terror təşkilatlarının nəfəs almasına imkan verməyəcək”.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Gələcəyin Əsri” Təşviq Proqramının rəsmi açılışında bildirib.
O qeyd edib ki, Türkiyə terror təşkilatlarının rəhbərlərinə qarşı əməliyyatları da uzun müddətdir ki, davam etdirir.
“Ötən gün İŞİD-in sözdə liderini zərərsizləşdirdik. Önümüzdəki günlərdə təhlükəsizlik qüvvələrimizlə terror təşkilatlarının yuvalarını dağıtmağa davam edəcəyik. Son 20 ildə öz qətiyyəti ilə ölkəmizin müdafiə sənayesində zirvələrə qaldırılmasında əməyi olanlara təşəkkür etmək istəyirəm. Ölkəmizin dostlarına inam verən, düşmənlərinin isə qorxduğu müdafiə sənayesinin gücü ən mühüm zəminlərdən biri olmaqda davam edir”.