Bank Of Baku

Ərdoğan Türkiyədə qaz kəmərləri qovşağının yaradılmasına göstəriş verib

Ərdoğan Türkiyədə qaz kəmərləri qovşağının yaradılmasına göstəriş verib
# 14 oktyabr 2022 13:12 (UTC +04:00)

Türkiyədə qısa zaman ərzində beynəlxalq qaz kəmərlərinin qovşağı yaradılacaq.

APA TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Beynəlxalq qaz kəmərləri qovşağı qısa vaxt ərzində Türkiyədə yaradılacaq. Bunun üçün ən uyğun yer ölkənin Avropa hissəsindəki Trakiya bölgəsidir. Rusiya Prezidenti Vladimir Putinlə birgə energetika nazirlərinə lazımi işləri görməyi tapşırmışıq. Heç bir gecikmə olmayacaq. Bizim əməkdaşlar lazımi danışıqları aparıb dərhal işə başlayacaqlar. Qovşağın təhlükəsizliyinin təşkili ilə bağlı bütün məsələlər həyata keçiriləcək”, – Ərdoğan əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR