Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri ilə görüşüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə məlumat nazirin “Twitter” səhifəsində yayılıb.
O, Ərdoğanın müraciətindən öncə səfirlərlə xarici siyasət gündəmini müzakirə etdiyini vurğulayıb.