Bank Of Baku

Ərdoğan və Zelenskinin telefon danışığı olub

Ərdoğan və Zelenskinin telefon danışığı olub
# 22 fevral 2022 17:29 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə NTV telekanalı məlumat yayıb.

Tərəflər Rusiyanın "DXR" və "LXR"-i tanımasını müzakirə ediblər. Ərdoğan Türkiyənin Ukraynanın ərazi bütövlüyünü hədəf alan olan bütün addımlara qarşı olduğunu vurğulayıb.

Ukrayna Prezidenti də türkiyəli həmkarı ilə telefon danışığına dair “Twitter”də paylaşım edib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığım oldu. Rusiyanın son təxribatçı qərarları ilə bağlı Ukraynanın mövqeyini dəstəklədiyinə görə Türkiyəyə təşəkkürümü bildirdim. Həmçinin Ukrayna, Türkiyə və Almaniyanın iştirakı ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sammitinin keçirilməsi təşəbbüsünə verdiyi dəstəyə görə Prezident Ərdoğana təşəkkür etdim”, - Ukrayna dövlət başçısı vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR