Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanda son bir ayda baş verən dağıdıcı meşə yanğınları və daşqınlarla bağlı həmrəylik ifadə etmək üçün yunan həmkarı Katerina Sakellaropulouya məktub göndərib.
APA xəbər verir ki, bu barədə Yunanıstan prezidentinin dəftərxanası məlumat yayıb.
Bildirilib ki, Türkiyə dövlət başçısı yanğınlar və daşqınlar nəticəsində həlak olanlarla bağlı başsağlığı verib. O, Türkiyənin bu çətin anlarda qonşusuna kömək etməyə hazır olduğunu da bildirib.
Yunanıstan mətbuatı bildirib ki, bu məktub Türkiyə Prezidentinin gələn həftə Nyu-Yorkda Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ilə görüşərək iki ölkə arasında danışıqların bərpası imkanlarını müzakirə edəcəyi vaxta təsadüf edir.