Bank Of Baku

Ərdoğanla Paşinyan xüsusi nümayəndələrin Türkiyə və Ermənistanda görüşməsinə dair razılığa gəlib

Nikol Paşinyan, Rəcəb Tayyib Ərdoğan

© APA | Nikol Paşinyan, Rəcəb Tayyib Ərdoğan

# 14 oktyabr 2022 13:56 (UTC +04:00)

Bizim Ermənistanla yaxın zamanda bir saziş imzalamağımız planlaşdırılmır, sadəcə münasibətlərin hansı səmtdə normallaşması müzakirə edilir.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qətərli həmkarı ilə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Ərdoğan və Paşinyan Praqa görüşündə iki ölkə arasında münasibətlərin normallaşdırılmasına dair xüsusi nümayəndələrin görüşlərinin artıq Türkiyə və Ermənistan ərazisində keçirilməsinə dair razılığa gəlib.

Nazir Çavuşoğlu, Azərbaycan və Türkiyənin bu mövzuda son dərəcə səmimi olduqlarını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR