"Ermənistan Respublikasının Azərbaycana qarşı ərazi iddiası yoxdur. Biz sülh razılaşması əldə etməkdə qərarlıyıq və buna hazırıq. Türkiyəsiz bu bölgədə sülhün bərqərar olması mümkün deyil".
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Ermənistan Parlamentinin sədri Alen Simonyan Anakarada Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla baş tutan görüşdən sonra jurnaliatlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Ermənistan münasibətlərin normallaşması üçün addımlar atmağa hazırdır və bu məsələdə tam səmimidir: "Ermənistan Respublikasının Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur. Biz qətiyyətliyik və sülh sazişi əldə etməyə hazırıq. Regionun ticarətə açılmasında heç bir problem görmürük”.