Ermənistana məxsus təyyarə Moldovaya buraxılmayıb VİDEO

Ermənistana məxsus təyyarə Moldovaya buraxılmayıb VİDEO
# 15 iyun 2024 10:44 (UTC +04:00)

Ermənistana məxsus olan və Kişinyov-İrəvan-Kişinyov reysi ilə uçan təyyarəyə Moldovanın paytaxtında enişə icazə verilməyib.

APA-nın Moldovanın “IPN” xəbər agentliyinə istinadən məlumatına görə, pilotlara göyərtəsində əsasən Moldovanın vətəndaşları olan təyyarəni Buxarest hava limanında endirmək də qadağan olunub. Nəticədə hava gəmisi Kişinyov aeroportuna qaytarılıb.

Qərar onunla əsaslandırılıb ki, təyyarənin heyəti Moldovanın Mülki Aviasiya İdarəsini uçuş cədvəlindəki dəyişikliklər barədə məlumatlandırmayıb.

Bununla yanaşı, layner Buxarestin hava limanında olarkən polis bir neçə sərnişini saxlayaraq, naməlum istiqamətə aparıb.

Qeyd edək ki, təyyarənin sərnişinləri arasında Moldovanın müxalifətdəki “Pobeda” blokunun təmsilçiləri olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR