Bank Of Baku

Ermənistanı Rusiya ilə əlaqələndirən Lars yolu 15 gündür bağlıdır - FOTO

Ermənistanı Rusiya ilə əlaqələndirən Lars yolu 15 gündür bağlıdır - FOTO
# 20 fevral 2023 17:50 (UTC +04:00)

Gürcüstanda təxminən 15 gündür davam edən qarlı hava şəraiti bir sıra beynəlxalq əhəmiyyətli yolların bağlanmasına səbəb olub.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, yaranmış vəziyyətlə əlaqədar Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti bir sıra istiqamətlərdə xüsusi rejim tətbiq edir.

Əsas məhdudiyyət Gürcüstanın Rusiya ilə yeganə quru yolu olan və Yuxarı Lars gömrük keçid məntəqəsinə aparan Mtsxeta-Stepansminda-Lars yolu üzərində tətbiq olunur. Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşən yolun Qudauri-Kobi hissəsində mütəmadi olaraq qar təmizləmə və duz səpmə işləri aparılsa da, kəskin soyuq və yağan qar, həmçinin qar uçqunu təhlükəsi ötən 2 həftə gün ərzində yolun mütəmadi olaraq bağlanmasına səbəb olub. Bu isə yol üzərində yük maşınlarının uzun növbələrinin yaranması ilə nəticələnib.

“Hərbi yol” kimi də tanınan Lars yolu eyni zamanda, Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə quru yoldur. Bu baxımdan yolda qalan əksər yük maşınlarının da Ermənistana məxsus olduğu müşahidə edilir.

Analoji vəziyyət Gürcüstanı Türkiyə ilə əlaqələndirən digər yollarda da yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR