Bank Of Baku

Estoniya İsraildən 100 milyon avroluq PUA alır

Estoniya İsraildən 100 milyon avroluq PUA alır
# 03 may 2023 03:04 (UTC +04:00)

Estoniyanın hərbi rəhbərliyi və İsrailin “Israel Aerospace Industries” şirkəti Estoniya ordusu üçün hücum dronlarının tədarükünə dair müqavilə imzalayıb.

Bu barədə APA Estoniya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bu, Estoniyada ən bahalı müdafiə alışlarından biridir. Tallinndə vurğulanır ki, müqavilənin dəyəri 100 milyon avronu keçir.

Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib ki, İsrail pilotsuz təyyarələri çatdırılmazdan əvvəl Estoniya hərbçiləri həm Estoniyada, həm də ola bilsin ki, İsraildə təlim keçəcəklər. Hücum dronlarının ilk partiyası Estoniyaya 2024-cü ildə gələcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR