Bank Of Baku

Estoniya Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyib

Estoniya Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyib
# 13 oktyabr 2022 14:31 (UTC +04:00)

Estoniya Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Kaya Kallas bildirib.

"Biz Ukraynaya qış geyimləri, avadanlıq və sursat göndəririk. Yardımı tez çatdıracağıq. Gəlin hamımız köməyimizi sürətləndirək ki, ukraynalılar öz torpaqlarını azad etsinlər. Bu sülh yoludur", - Estoniya hökumət başçısı bildirib.

"EUobserver"in məlumatına görə, Estoniya ukraynalı hərbçilər üçün təlimlər də planlaşdırır.

Estoniya indiyədək Ukraynaya 255 milyon avrodan çox hərbi yardım edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR