Bank Of Baku

Estoniya XİN Duqinanı öldürən şəxsin bu ölkəyə uçmasına münasibət bildirib

Estoniya XİN Duqinanı öldürən şəxsin bu ölkəyə uçmasına münasibət bildirib
# 23 avqust 2022 02:55 (UTC +04:00)

Estoniyanın xarici işlər naziri Urmas Reinsalu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) jurnalist Daria Duqinanın ölümündə şübhəli bilinən Natalya Vovkun hadisədən sonra bu ölkəyə ölkəyə uçması ilə bağlı bəyanatını şərh edib.

APA xəbər verir ki, nazir bununla bağlı ERR portalına müsahibə verib.

Reinsalunun sözlərinə görə, Estoniya Rusiyanın bəyanatlarını təxribatı kimi qiymətləndirir.

Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, Kiyevi dəstəklədiyi üçün Moskva bu yolla Tallinə təzyiq göstərməyə çalışır.

Bundan əvvəl Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın Estoniyadan Vovk haqqında rəsmi məlumat tələb etməsi faktını təkzib etmişdi.

Rusiyalı filosof və ictimai xadim Aleksandr Duqinin qızı Daria avqustun 20-də axşam saatlarında Moskva vilayətinin Mojaysk şossesində avtomobilinin partlaması nəticəsində ölüb.

Daha sonra cinayətin üstü açılıbı və FTX partlayışı Ukrayna xüsusi xidmət orqanlarının planlaşdırdığını bildirib.

Hadisəni tördənin Ukrayna vətəndaşı Nataliya Vovkın olduğu bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR