Estoniya parlamenti, ölkədə yaşayan AB və ya NATO dövlətlərinin vətəndaşı olan ölkədə yaşayan əcnəbilərə odlu silah sahibi olmağa icazə verən qanun qəbul edib.
APA xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Bundan əvvəl Estoniyada yaşayış icazəsi olan hər hansı bir əcnəbi silah icazəsi ala bilərdi.
Beləliklə, indi ölkədə yaşayan Rusiya Federasiyasının vətəndaşları silah sahibi ola bilməyəcəklər.
Əvvəllər verilmiş lisenziyalar Qanun qüvvəyə mindikdən sonra bir il ərzində qüvvədə olacaq.