Rusiya-Finlandiya sərhədində keçid məntəqəsinin açılması təhlükəsizlik şəraitindən asılıdır.
APA xəbər verir ki, bunu Finlandiyanın daxili işlər naziri Mari Rantanen ölkə parlamentində çıxışı zamanı bildirib.
“Keçid məntəqələrində təhlükəsizlik daim nəzarətdə saxlanılır, məsul şəxslər sərhəddə təhlükəsizliyin yaxşılaşdığını bildirən kimi açılacaq”, - nazir qeyd edib.