Bank Of Baku

Finlandiya prezidenti: Helsinki Kiyevə silah tədarükü ilə bağlı məlumatları açıqlamayacaq

Finlandiya prezidenti: Helsinki Kiyevə silah tədarükü ilə bağlı məlumatları açıqlamayacaq
# 18 fevral 2023 08:19 (UTC +04:00)

Helsinki Kiyevə hərbi yardımla bağlı məlumatları açıqlamaq niyyətində deyil.

APA-nın ARD kanalına istinadən verdiyi məlumata görə, bunu Finlandiya prezidenti Sauli Niiniste deyib.

O qeyd edib ki, Helsinki Kiyevə hərbi yardımı davam etdirəcək.

“Leopard” tanklarının Kiyevə çatdırılmasının mümkünlüyünü şərh edən Niiniste ölkədə bu tankların olduğunu təsdiqləyib. Eyni zamanda o xatırladıb ki, Finlandiyanın Rusiya ilə uzun sərhədi var.

"Bu o deməkdir ki, say baxımından bizim töhfəmiz çox böyük ola bilməz", - prezident əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR