Bank Of Baku

Finlandiya Prezidenti Orbanla danışıb

Sauli Niinistö, Viktor Orban

© APA | Sauli Niinistö, Viktor Orban

# 02 noyabr 2022 15:09 (UTC +04:00)

Finlandiya Prezidenti Sauli Niinistö və Macarıstan Baş naziri Viktor Orban arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Finlandiya Prezidenti "Twitter"də bildirib.

“Yaxşı ki, Finlandiya NATO-nun ratifikasiyasında Macarıstana arxalana bilər. Mən həm də müttəfiq kimi fin-uqor əlaqəmizi daha da gücləndirməyi səbirsizliklə gözləyirəm”, - Finlandiya Prezidenti vurğulayıb.

Qeyd edək ki, Türkiyə ilə Macarıstan Finlandiya və İsveçin NATO-ya üzvlüklə bağlı protokollarını hələ ratifikasiya etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR