Finlandiya Rusiyada qeydiyyatında olan minik avtomobillərinin Finlandiyaya girişini qadağan edir.
APA "Yle" agentliyinə istinadən xəbər verir ki bu barədə ölkənin xarici işlər naziri bildirib. Onun sözlərinə görə, qadağa bu gün gecə yarısından qüvvəyə minir.
Qadağa Rusiyada yaşayan Aİ və ya AEA vətəndaşlarına və ya onların ailə üzvlərinə, diplomatik nəqliyyat vasitələrinə və ya humanitar girişə şamil edilmir.
Nazir qeyd edib ki, artıq Finlandiyaya gəlmiş Rusiya qeydiyyatında olan avtomobillər isə 2024-cü il martın 16-dək ölkədən çıxarılmalıdır.
***
12:01
Finlandiya Rusiya qeydiyyat nömrəli minik avtomobillərinin ölkəyə girişini qadağan etməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə Finlandiyanın "Yle" agentliyi məlumatlı mənbəyə istinadən yazıb.
Bildirilib ki, Finlandiya Aİ-nin ümumi xəttinə riayət etmək istəyir. Agentliyin məlumatına görə, bu gün xarici işlər naziri Elina Valtonen bu məsələ ilə bağlı ictimaiyyəti məlumatlandıracağı gözlənilir.
"Yle" agentliyi bildirib ki, Rusiyada qeydiyyatda olan və içində on nəfərdən az olan avtomobillər artıq sərhədi keçə bilməyəcək. Qaydaya bəzi istisnalar var. Qadağanın nə vaxt qüvvəyə minəcəyi ilə bağlı məlumat yoxdur.
Qeyd edək ki,Estoniya, Latviya və Litva bu həftə oxşar qərar qəbul ediblər.