Bank Of Baku

Finlandiya Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb

Finlandiya Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb
# 14 fevral 2023 04:46 (UTC +04:00)

Finlandiya Ukraynaya hərbi yardım hazırlayır. Bu artıq 13-cü paket olacaq, lakin ora nələrin daxil olacağı hələ məlum deyil.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto açıqlamasında deyib.

“Finlandiya Ukraynaya “Leopard” tanklarının tədarükü ilə bağlı hələ yekun qərar verməyib”.

Onun sözlərinə görə, hazırda Ukraynaya ağır texnikanın göndərilməsi ilə bağlı intensiv müzakirələr gedir.

"Bu və ya digər şəkildə biz bu təşəbbüsün tərkib hissəsi olacağıq, ona görə də biz Almaniya, Polşa və digər ölkələrlə daim dialoq aparırıq", - nazir bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR