Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə “Vigilant Knife” adlı təlim keçirilir.
APA-nın “Rosbalt”a istinadla xəbərinə görə, təlimlər ölkənin şimal ərazilərini əhatə edir. Manevrlərdə ümumilikdə 1300 nəfərlik şəxsi heyət iştirak edir.
Təlimdə məqsəd silahlı qüvvələrin taktiki və texniki qabiliyyətini artırmaqdır.