Bank Of Baku

Finlandiyada parlament seçkiləri keçirilir

Finlandiyada parlament seçkiləri keçirilir
# 14 aprel 2019 12:33 (UTC +04:00)

Bu gün Finlandiyada parlament seçkiləri keçirilir.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, 4 milyon 255 min 466 seçicinin yaşadığı ölkədə 13 seçki dairəsi yaradılıb və hər seçici yaşadığı seçki dairəsi üzrə bir namizədə səs verə bilər.

Seçkilərdə 19 partiya 2 min 468 namizəd irəli sürüb. Sosioloji sorğulara əsasən, seçkilərdə sabiq maliyyə naziri Anti Rinnenin başçılıq etdiyi Sosial-Demokrat Partiyasının 19,5 faiz, hazırkı maliyyə naziri Petteri Orponun başçılıq etdiyi koalisiyanın 17,5 faiz, Avropa Parlamentinin deputatı Yussi Xala-axonun başçılıq etdiyi “Səmimi Finlər”in 15 faiz, hazırkı baş nazir Yuxoy Sipilyanın başçılıq etdiyi “Finlandiya Mərkəzi”nin 14,4 faiz,  Pekkoy Xaavistonun başçılıq etdiyi Yaşıl İttifaqın 12 faiz səs alacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR