Bank Of Baku

Finlandiyanın Sosial-demokratlar Partiyası parlament seçkilərində liderdir

Finlandiyanın Sosial-demokratlar Partiyası parlament seçkilərində liderdir
# 15 aprel 2019 02:41 (UTC +04:00)

Finlandiyada müxalifətçi Sosial-demokratlar Partiyası parlament seçkilərində qələbə qazanıb.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, belə bir nəticə seçki bülletenlərinin təxminən 100 faizinin sayılmasından sonra əldə olunub.

Belə ki, Sosial-demokratlar Partiyası 17,7% səslə birinci, “Həqiqi finlər” partiyası 17,5% səslə ikinci olub. Üçüncü yerdə isə 17% səslə Milli Koalisiya Partiyası qərarlaşıb.

Sonrakı səsləri hakim “Finlandiya mərkəzi” (13,8%), müxalifətçi “Yaşılların birliyi” (11,5%) partiyaları toplayıb. Digər partiyaların səsləri isə 10%-dən aşağıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR