Fransa Fermerlər Federasiyasının rəhbəri yeni etiraz aksiyalarının olacağını bildirib

Fransa Fermerlər Federasiyasının rəhbəri yeni etiraz aksiyalarının olacağını bildirib
# 03 mart 2024 16:33 (UTC +04:00)

Fransa Fermerlər İttifaqları Milli Federasiyasının (FNSEA) lideri Arnaud Russo, hakimiyyət orqanları son həftələrdə sənayedə səslənən problemlərə tezliklə konkret həll yolları təqdim etməsələr, yeni magistral yolların bağlanması və fermerlər tərəfindən digər etirazların mümkünlüyünü açıqlayıb.

APA xəbər verir ki, o, bu barədə BFMTV telekanalının efirində bildirib.

"Biz sadəcə gözləmək məcburiyyətində deyilik, aksiyalar mütləq yerlərdə iştirakçıların təşəbbüsü ilə həyata keçiriləcək. Yaxın 15 gün ərzində və ondan sonrakı müddətdə yerlərdə aksiyalar keçirməyə davam edəcəyik" o deyib. Russo əlavə edib ki, bütün tələblərin yerinə yetirilib-yetirilmədiyinə və Fransa kənd təsərrüfatını xilas etmək üçün kifayət qədər tədbirlərin görülüb-görülməməsinə son nəticədə qərar verən fermerlərdir. “Biz yeni qanunu gözləyirik, vədlərin konkret icrasını gözləyirik”, o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR