Macarıstanda Rusiyanın “Rosatom” şirkətinin nəzarəti altında nüvə reaktorlarının tikintisində Fransa da iştirak edəcək.
APA xəbər verir ki, bu barədə Fransanın “Le Monde” nəşri yazıb.
Fransa hökuməti bu qərarın verilməsini Rusiyaya qarşı beynəlxalq sanksiyaların nüvə sənayesinə aid olmaması ilə əsaslandırıb, “Framatome” şirkəti Macarıstanın "Paks" AES-ində iki yeni reaktorun tikintisində iştirakını təsdiqləyib.