Fransa polisi bir ailənin 5 üzvünü öldürməkdə şübhəli bilinən şəxsi saxlayıb.
APA xəbər verir ki, bu barədə AFP polisdəki mənbəyə istinadən məlumat yayıb.
Polisdəki mənbənin sözlərinə görə, cinayəti törətməkdə şübhəli bilinən şəxs Parisin şimal-şərqində yerləşən Sevra kommunasında saxlanılıb.
Xatırladaq ki, dekabrın 25-də Parisin şərqində yerləşən Meaux rayonunda mənzildə beş nəfərin meyiti tapılıb. Polis bildirib ki, ana və onun 4 azyaşlı uşağı öldürülüb.
Faktla bağlı cinayət işi başlanıb
***
07:51
Fransanın paytaxtı Paris yaxınlığındakı mənzildə beş nəfərin meyiti tapılıb.
APA xəbər verir ki, bu barədə AFP şəhər prokuroruna istinadən məlumat yayıb.
Mənzildən qadın və onun 4 uşağının cəsədləri aşkar edilib.
Onların ölüm səbəbi barədə məlumat verilmir.
Polis uşaqların 33 yaşlı atasını axtarır.