NATO-nun şərq istiqamətinin möhkəmləndirilməsi üçün Fransa Rumıniyaya tank briqadası göndərəcək.
APA xəbər verir ki, Fransa Müdafiə naziri Sebastyan Lekornu bu barədə məlumat verib.
Onun sözlərinə görə, tank və zirehli transportyorlardan ibarət briqada göndəriləcək.
“Rusiyanın Ukraynadakı hərbi əməliyyatları səbəbindən Fransa prezidenti ölkəmizin Şərqi Avropadakı müdafiə xəttini gücləndirmək üçün bu qərarı qəbul edib” – deyə o bildirib.
Bundan əlavə Litvaya da “Rafale” qırıcı təyyarələri, Estoniyaya isə hərbçilərdən ibarət qrup göndəriləcək və noyabrın əvvəlinə qədər yerdəyişmələrin yekunlaşması gözlənilir.
Xatırladaq ki, Fransanın Ukraynada 6-12 ədəd arası “CAESAR” tipli özüyeriyən, 155 mm-lik artilleriya qurğuları yerləşdirəcəyi barədə xəbərlər yayılmışdı.
Nazir həmçinin qeyd edib ki, bu yerdəyişmələr müdafiə xarakteri daşıyır və hərbi əməliyyatlar üçün nəzərdə tutulmayıb.