Bank Of Baku

Fransada bir gündə 150 min insan COVID-ə yoluxub

Fransada bir gündə 150 min insan COVID-ə yoluxub
# 25 mart 2022 02:15 (UTC +04:00)

Fransada koronavirusa yoluxanların sayı artır.

APA xəbər verir ki, bu barədə Respublika İctimai Səhiyyə Agentliyi məlumat yayıb.

Son sutka ərzində 150 minə yaxın yeni yoluxma halı qeydə alınıb.

Bu rəqəmlər əvvəlki həftələrə nisbətən çoxdur. Martın 15-də Fransada gündə təxminən 116 min insan infeksiyaya yoluxurdu.

Ölkədə ümumilikdə 141 mindən çox ölüm baş verib. Həftə ərzində ölənlərin sayı 612 olub.

Fransa hökuməti fevral ayından bəri COVID-19-a qarşı məhdudiyyətləri tədricən yüngülləşdirib. Küçələrdə məcburi maska taxmaq ləğv edilib, daha sonra gecə klubları və barlar açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR