2027-ci il prezident seçkilərində solçu “Tabe olmayan Fransa” partiyasından namizəd olan Jan-Lük Melanşon qalib gələcəyi təqdirdə ölkəni NATO-dan çıxarmaq niyyətində olduğunu açıqlayıb.
APA xəbər verir ki, o, bu barədə Parisin Le-Burje ətrafında keçirilən mitinqdə seçki proqramını təqdim edərkən danışıb.
“Fransanın NATO-da və Amerikanın müharibələrində yeri yoxdur”, – o deyib.
Melanşon prezidentliyi dövründə Fransanın, ilk növbədə nüvə silahları üzrə tərksilah danışıqlarında fəal iştirak edəcəyini də vəd edib.
Qeyd edək ki, rəy sorğularına əsasən, Melanşon və sağçı “Milli Birlik” partiyasının namizədi Marin Le Pen 2027-ci il mayın 2-də keçiriləcək prezident seçkilərinin ikinci turuna vəsiqə qazana biləcək əsas namizədlər hesab olunurlar.