Fransada sərnişin qatarı qəzaya uğrayıb, xəsarət alanlar var - FOTO

Fransada sərnişin qatarı qəzaya uğrayıb, xəsarət alanlar var - FOTO
# 24 iyul 2024 22:13 (UTC +04:00)

Fransanın Şərqi Pireney bölgəsində sərnişin qatarı qəzaya uğrayıb.

APA “France Bleu”-ya istinadən xəbər verir ki, hadisə nəticəsində qatarda olan 9 nəfərdən 5-i xəsarət alıb.

İlkin məlumatlara görə, hadisəyə səbəb torpaq sürüşməsi olub.

Relsdən çıxan nəqliyyat vasitəsi dəmiryolu üzərində olan körpünün bir hissəsini də dağıdıb.

Baş verən qəza səbəbindən bölgədə qatarların hərəkəti müvəqqəti dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR