Bank Of Baku

Fransada silahlı insident nəticəsində 5 nəfər yaralanıb

Fransada silahlı insident nəticəsində 5 nəfər yaralanıb
# 14 may 2023 07:38 (UTC +04:00)

Fransa şəhərlərində silahlı hücumlar nəticəsində 5 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Villerup şəhərində əvvəlcə silahlı şəxs park edilmiş avtomobillərdə olan gənclərə atəş açıb.

Hücum nəticəsində 3-ü ağır olmaqla ümumilikdə 4 nəfər yaralanıb. Hücum edən şəxs avtomobillə hadisə yerindən qaçıb.

Villerup şəhərindən təxminən 3 kilometr aralıda yerləşən Audun-le-Tiş şəhərində isə silahlı hücum nəticəsində daha bir nəfər yaralanıb.

Yaralılar müxtəlif xəstəxanalara aparılıb.

Hücumların narkotik ticarətlə əlaqəli olduğu düşünülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR