Bank Of Baku

Fransanın ədliyyə naziri məhkəməyə çağırılıb

Fransanın ədliyyə naziri məhkəməyə çağırılıb
# 16 sentyabr 2023 05:05 (UTC +04:00)

Fransanın ədliyyə naziri Erik Düpon Moretti hakim qarşısına çıxarılacaq.

APA-nın BFMTV-yə istinadla məlumatına görə, Moretti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz yolla mənfəət əldə etməkdə təqsirləndirilir. Məhkəmə prosesinin noyabrın 6-17-də keçirilməsi nəzərdə tutulur. O, vəzifə başında mühakimə edilən ilk nazir olacaq.

Xatırladaq ki, Erik Düpon Moretti 2020-ci ildə nazir təyin olunduqdan bir müddət sonra vaxtilə (vəkil qismində) müdafiə etdiyi şəxslərin işinə baxan bəzi hakimlər haqqında məhkəmə iddiası qaldırmışdı. Onun keçmiş müvəkkilərindən biri də korrupsiyada təqsirləndirilən polis əməkdaşı idi. Hakimlərdən intiqam almaq üçün nazir səlahiyyətlərindən sui-istifadə edən Moretti, haqqındakı ittihamları rədd edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR