Fransa Silahlı Qüvvələrinin xərclərinin gələn il 50,5 milyard avroya qədər artacağı gözlənilir.
APA xəbər verir ki, bu barədə AFP respublikanın büdcə layihəsinə istinadən məlumat yayıb.
Məlumata görə, Fransa hökumətinin 2025-ci il üçün hazırladığı büdcə layihəsində müdafiə xərclərinin 3,3 milyard avro artırılması nəzərdə tutulur.
Fransa 2017-ci ildən bəri bu sahəyə ayırdığı pulu dayanmadan artırır və bu məblığ 2030-cu ilə qədər 67,4 milyard avroya çata bilər.
AFP-nin qeyd etdiyi kimi, silah proqramına xərclənən pulun 16% artaraq 10,6 milyard avroya çatdırılması planlaşdırılır.