Bank Of Baku

Fuat Oktay: Türkiyə dövləti Ermənistan-Azərbaycan məsələsində qəti qərar vermək məcburiyyətindədir

Fuat Oktay: Türkiyə dövləti Ermənistan-Azərbaycan məsələsində qəti qərar vermək məcburiyyətindədir
# 19 may 2023 00:16 (UTC +04:00)

Türkiyə dövləti Ermənistan-Azərbaycan məsələsi, Rusiya-Ukrayna müharibəsi, Liviya və Suriya münaqişəsi kimi məsələlərdə tez və qəti qərar vermək məcburiyyətindədir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay “HaberTürk” kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, bu baxımından ölkədə mövcud olan Prezident idarəetmə sistemi ən effektividir, müxalifət liderinin seçkiləri qazanacağı halda ortaqlarına vəd etdiyi vitse-prezidentlik vəzifələri isə dövlət idarəetmə sistemində maneələr yaradacaq.

Oktay əlavə edib ki, hazırki sistemdə son qərarı ölkə başçısı versə də, bütün proseslər müzakirə əsasında həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR